Belandakı terrordan zərər çəkmiş 409 nəfər Avropa Məhkəməsinə müraciət edib.

Metbuat.az xəbər verir ki, onlar Rusiya hökumətindən 3 milyon avro təzminat tələb edirlər. Avropa Məhkəməsi iddiaçıların şikayət ərizəsini İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin pozulmasına görə icraata qəbul edib. Əgər məhkəmə Rusiyanın əleyhinə qərar verərsə, ruslar istintaqın ədalətli aparılmadığı üçün də əlavə 88 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 2004-cü ildə Beslan şəhərindəki məktəbə hücum edən terrorçular 1200 nəfəri girov götürmüşdü. Terrorçular girovları üç gün ərzində məktəbin partlayıcılar quraşdırılmış idman zalında saxlamışdı. Bu hadisə nəticəsində 334 nəfər ölüb, 126 nəfər yaralanıb. Yaralılardan 70 nəfəri uşadır.

Xəyalə Xatun / Metbuat.az