"Danışıqlar gözləniləndən daha yaxşı keçib"

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin rəhbəri Rex Tillersonun Rusiya səfərini yüksək qiymətləndirib.

Metbuat.az xəbər verir ki, Tramp bunları deyib: "Dövlət katibi ABŞ-ın təhlükəsizlik maraqlarının qorunması və müttəfiqləri ilə müsbət münasibət saxlaması üçün önəmli danışıqlar aparıb. Danışıqlar gözləniləndən daha yaxşı keçib.Yaxın gələcəkdə Moskva və Vaşinqton əlaqələrinin yaxşılaşacağına ümidvaram".

Qeyd edək ki, Rusiyada mediası Rex Tillersonun apardığı danışıqlara baxmayaraq, iki ölkə arasında önəmli mövzularda fikir ayrılıqları olduğunu yazıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR