Möhkəm ombalar üçün 4 idman hərəkəti

Ombaları möhkəmləndirən bu məşqlərlə qısa müddətdə uğurlu nəticələr əldə edə bilərsiniz. Məşqlərlə yanaşı düzgün qidalanmaq da önəmlidir.

Metbuat.az xəbər verir ki, məşqdə hər hansı problem yaşamamaq üçün əvvəlcədən isinmə hərəkətləri etməlisiniz. Ombalarınızı möhkəmləndirəcək 4 idman hərəkətini təqdim edirik:

Addım (Step)
Dik durun, ayaqlarınıza və qarınınıza diqqəti toplayın, qarşınıza qoyduğunuz ( kiçik masa, idman ştativi və s.) dayaqlarla tək ayağınıza qüvvət verərək çıxın. Digər ayağınızı özünüzə doğru çəkib, sonra özünüzə çəkdiyiniz ayağınızla yerə enin.

Geriyə təpik
İki dirsəyinizi və iki dizinizi 90 dərəcə bucaq altında bükün. Əllərinizin və dizlərinizin üzərində durun. Dizinizin bucağını dəyişdirmədən bir qıçınızı yuxarı doğru uzadıb geriyə təpik atırmış kimi edin. Oxşar hərəkəti digər qıçınız üçün də tətbiq edin. 20-25 dəfə hərəkəti təkrar edin.

Körpü qurma
Arxası üstə yerə uzanın. Qarnınızı və ombalarınızı sıxın. Qollarınızı iki yanınıza uzadıb dizlərinizi bükdükdən sonra özünüzü belinizdən yuxarı doğru qaldırın. Bu mövqedə 5-8 saniyə gözləyin və təkrar başlanğıc vəziyyətə dönün.

Geriyə ayaq itələmə
Məşq lentinin iki ucunu bir-birinə bağlayın. Lentin bir ucunu ayağınıza keçirin, digər ucundan əlinizlə tutun. Bir diziniz yerdə dayanarkən, lenti keçirdiyiniz ayağınızı geriyə doğru itələyin. Ayağınız, omba və kürəyiniz düz bir xətt meydana gətirəcək şəkildə uzansın. Dizinizi büküb ayağınızı önə çəkin, sonra təkrar geriyə itələyin. Oxşar hərəkəti digər ayağınız üçün də tətbiq edin.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR