Fəxriyyə Evcen gözəlliyini nəyə borcludur?

Gözəl ulduz Fəxriyyə Evcenin gözəllik sirləri nələrdir?

Metbuat.Az xəbər verir ki, məşhur türk aktrisası Fəxriyyə Evcen istedadı ilə yanaşı gözəlliyi ilə də çoxlarının sevimlisinə çevrilib. Əvvəlcə, Fəxriyyə Evcen tünd rəng saçı istifadə edərək həm təbii, həm də zərif görünür. Saçlarının sıx və baxımlı görünməsinin əsas səbəbi davamlı olaraq saçlarına etdiyi qulluqdur.
Fəxriyyə Evcen boş zamanlarını özünə ayırır. Çəkilişdən qalan zamanlarında dəri baxımına olduqca əhəmiyyət verir. Evcenin ən çox istifadə etdiyi maskaları belə sıralaya bilərik: yosun, gil, çay, kürü tərkibli maskalar.

Gözəl aktrisa saçlarına kürü maskası ilə qulluq edir. Bu maskanın saçlarını gücləndirdiyini, daha parlaq və möhkəm etdiyini söyləyir. Ulduzun formada görünməyinin səbəbi idmanla məşğul olmasıdır.

Fəxriyyə Evcen qidalanmasına da diqqət göstərdiyini, xüsusən yağlı yeməklərdən, qızartmalardan, xəmir xörəklərindən uzaq durduğunu deyir. Mətbəxə çox girmir, ancaq sevdiyi yeməkləri özü hazırlamağı xoşlayır. Xüsusilə, sobada makaron və balıqdan əsla imtina etməyəcəyini söyləyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR