Portuqaliya Premyer Liqasında XXIX tura start verilib. Fanat.Az xəbər verir ki, Emin Mahmudovun klubu "Boavişta" öz meydanında "Fereyra"yla üz-üzə gəlib.


Oyun qolsuz bərabərliklə başa çatıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.


Bu nəticədən sonra "dama-damalar" 35 xalla turnir cədvəlinin 10-cusudu.

Qeyd edək ki, yığmamızın qapıçısı Kamran Ağayev klubunda deyil. O, Portuqaliya komandasına qayıtmamağa qərar verib.





Fanat.Az