Çarli Çaplinin doğum günü qeyd edildi

Məşhur aktyor Çarli Çaplinin yüzlərlə pərəstişkarı onun doğum gününü qeyd etmək üçün bir araya gəlib.

Metbuat.az bildirir ki, Veve şəhərindəki muzeyin qarşısına aktorun məşhur geyimi olan qısa qara kostyum, balaca bığ və əsalı 662 pərəstişkar yığışıb. Onlar ulduz şəkli yaradıb, foto çəkdirərək Çarli Çaplini xatırlayıblar.

Amerikan-ingilis rejissor, ssenarist, bəstəkar və aktyor Ser Çarliz Spenser (Çarli) 1889-cu il aprelin 16-da anadan olub. 1916 ci ildən rejissoru olduğu filmlərdə aktyor kimi çəkilən Çarli “Uşaq avtomobil yarışması” filmində canlandırıdığı “Avara” rolu ilə adını dünyaya tanıdıb. 1999-cu ildə Amerika Kinoşunaslıq İnstitutunun seçdiyi dünyanın ən məşhur 100 aktoru sırasınada 10-cu yerə layiq görülüb. Həyatının son 25 ilini Vevedə yaşayan Çarli 1977-ci ildə İsveçrədə dünyasını dəyişib.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR