Dırnaqlarınız qırılır?

Dırnaqlarınız tez qırılırsa və sağlıqsız görünürsə, bu maskanı tətbiq edə bilərsiniz.

Metbuat.az xəbər verir ki, maskanı hazırlamaq üçün 1 yemək qaşığı zeytun yağı, 1 çay qaşığı badam yağı
və 10 damcı limon suyuna ehtiyacınız var.

Hazırlanmasına gəldikdə, bütün məhsulları bir kasada yaxşıca qarışdırdıqdan sonra dırnaqlarınıza və barmaq uclarınıza masaj edərək sürtün. Sonra əllərinizi ovuşdurun ki, yağlı qarışım dərinizə hopsun.

Həmişə gözəllikdə!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR