Şimali Amerika çaylarından biri yoxa çıxdı

Kanada və Amerikan alimləri 2016-cı ildə Şimali Amerikanın çaylarından birinin yoxa çıxdığını açıqlayıblar.

Metbuat.az xəbər verir ki, söhbət Yukon ərazisində (Kanadanın şimal-qərbi ) yerləşən Slims çayından gedir. Berinq dənizinə tökülən çay Klueyn gölünün sularını qidalandırır.

Alimlərin fikrincə çayın qeyb olmasına səsbəb Kanadanın ən böyük buzlağı Kaskavulşun geri çəkilməsidir. Belə ki,

Kanada ərazisində Yukon-Alyaska sərhəddində yerləşən buzlağın suyu Slims çayı vasitəsilə şimal istiqamətində deyil, cənubdan Kaskavulş çayından Sakit okean istiqamətində axmağa başlayıb. Buzlağın geri çəkilməsi həm də qlobal istiləşmə ilə əlaqələndirilir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR