Satıcısız işləyən marketlər açılacaq

Yaponiya hökuməti 5 ən böyük marketdə yeni sistem tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, sözügedən marketlər satıcızsız işləyəcək. Marketdəki bütün ərzaqların üzərinə yerləşdirilən çiplərin kodu kassadakı xüsusi aparatla tanınanacaq. Aparat toplam məbləği hesablayaraq alıcıya təqdim edəcək. Alıcıya çek və qalıq pulu belə geri qaytaran ağıllı sistem bu prossesi 10 saniyəyə yerinə yetirecək. Alınan ərzaqları paketlərə yerləşdirmək üçün alıcılara kassanın yanında quraşdırılan robotlar kömək edəcək.

Avtomatlaşdırılmış market şəbəkəsinin 2025-ci ildə açılması planlaşdırılır. Yaponiya İqtisadi İnkişaf Nzirliyi gələcəkdə avtmatlaşdırma sistemini aptek və böyük alış veriş mərkəzlərində də tətbiq edəcək.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR