Rusiya XİN rəhbərinin Suximiyə səfərinə

Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Suximiyə səfəri Gürcüstanda etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, rəsmi Tiflis bunu Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib. Gürcüstanın xarici işlər naziri David Calaqaniya öz növbəsində bu səfərin beynəlxaq prinsip və qanunlara zidd olduğunu qeyd edib.

Qeyd edək ki, aprelin 18-19-da baş tutacaq Suximi səfəri zamanı XİN rəhbəri Rusiya səfirliyi üçün tikilən bina kompleksinin açılışında iştirak edəcək. Onun tanınmamış Abxaziya Respublikanın prezidenti Raul Xacımbəyov və daxili işlər naziri Daur Kove ilə görüşəcəyi gözlənilir.

Xəyalə Xatun / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR