"ABŞ-da 60 min insan öləcək, Nyu-York əhalisinin çoxu..."

ABŞ hərbi ekspertləri Şimali Koreya raketlərinin Havay adalarına qədər çata biləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, nüvə silahı üzrə amerikalı hərbi ekspert Denni Roya bildirib ki, Şimali Koreyanın ABŞ-a nüvə başlıqlı raket zərbəsi endirəcəyi hadəsi realdır:

"Şimali Koreyanın atdığı raket Havay adalarına qədər çata bilər. Bu, 60 min insanın ölümünə, 65 mindən çoxunun isə yaralanmasına səbəb olacaq".

Ekspert əlavə edib ki, Şimali Koreya daha müasir texnikaya sahib olsaydı, onların endirəcəyi raket zərbələri nəticəsində Nyu-York əhalisinin çox hissəsi tələf ola bilərdi.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR