Qazaxıstanda qara geyimlər qadağan edilir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Krım Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri ilə görüşündə əhalinin yas mərasimlərindən başqa qara rəgli paltarlar geyinməsini qanunvericilik səviyyəsində qadağan olunmasını tələb edib.

Mətbuat.az bildirir ki, son zamanlar əhalinin əsasən gənc təbəqəsinin geyimində oğlanların saqqal uzadıb, şalvarın ətəyini qısaltması, qızların isə daha çox qara çadraya bürünməsi məsələsini çıxışında qeyd edən prezident, bu prosesin qarşısını qanunvericilik səviyyəsində almağa çağırıb:

"Bu cür geyim nə bizim adət-ənənəmizə, nə də xalqımıza xas deyil".

O, Qazaxıstan xalqının milli geyimlərini xatırladaraq, qara çadraya bürünməyə dinin məcbur etmədiyini diqqətə çatdırıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR