Terror aktı törətməyə hazırlaşan şəxs yaxalandı

Bu gün FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) əməkdaşları 28 yaşlı Akram Azimovu saxlayıblar.

Metbuat.az bildirir ki, əməliyyat nəticəsində saxlanılan şəxsin çantasından qumbara tapılıb. Akram Azimovun paytaxt Moskvada saxta adla yaşadığı və Derbenevskoy rayonunda qeydiyyatdan keçdiyi müəyyənləşdirilib.

Qeyd edək ki, Akram Azimov Sankt-Peterburqda baş vermiş terrorun təşkilatçılarından biri olan Abror Azimovun qardaşıdır. Onun yeni terror aktı törətməyə hazırlaşdığı ehtimal edilir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR