Qara çörək ağ çörəkdən niyə bahadır? -EKSPERT RƏYİ

Çörək bütün dünya mətbəxində bu və digər şəkildə istifadə edilir. Azərbaycan mətbəxində isə hər yeməyin yanında mütləq çörək olmalıdır, istər ağ, istərsə də qara...

Dietoloqlar deyir ki, ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Bu problemlərdən qorxanlar qara çörəyə üz tutur. Qara çörəyin isə qiyməti ağ çörəkdən bahadır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: “Qara çörəyin baha olmasının səbəbi ölkəmizdə çovdar ununun istehsal edilməməsidir. Çovdar unu əsasən Rusiyadan gətirilir”.

Tibbi ekspert Adil Qeybulla Metbuat.az-a açıqlamasında deyib ki, həqiqi çovdar unundan hazırlanan qara çörəklər olduqca faydalıdır. Qara çörək toksinləri orqanizmdən çıxarır. Onun tərkibi dəmirlə zəngin olduğundan hemoqlobini aşağı olan insanlara məsləhət görülür.

Dietoloqlar piylənmədən əziyyət çəkənlərə qara çörək yeməyi məsləhət görürlər. O, aşağı kalorili olması ilə seçilir, xolesterinin miqdarını aşağı salır, bədəndəki yağları yandırır.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR