O ölkə qarışdı, insanlar küçələrə axışıb

Ötən gün Venesuella prezidenti Nikolas Maduroya qarşı keçirilən kütləvi etiraz aksiyasında 17 yaşlı tələbə həyatını itirib.

Metbuat.az xəbər verir ki, öldürülən tələbənin aksiya iştirakçısı olmadığı, sadəcə aksiya keçirilən əraziyə yaxın yerdə olduğu məlum olub.

Sankristobol şəhərində keçirilən aksiyada isə 23 yaşlı qadın ölüb. Onun iqtidar tərəfdarları tərfindən açılan gülləyə tuş gəldiyi deyilir.

Latın Amerikası ölkələri Karakas hökumətini nümayişçilərin azadlığına və hüquqlarına hörmətlə yaçaşmağa çağırıb.

Qeyd edək ki, bu ay ərzində aksiyalarda ölənlərin sayı 7 nəfərə çatıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR