Samsun limanı yaxınlığında saya oturan gəminin heyətində azərbaycanlılar da olub

17:02 7 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 16:57 ]


Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Samsun limanı yaxınlığında saya oturmuş “Gulf Rio” adlı yük gəmisinin heyəti arasında azərbaycanlılar da olub. APA-nın Türkiyənin “Denizhaber” portalına istinadən verdiyi məlumata görə, Ukraynadan Türkiyəyə gələn 89 metr uzunluğundakı yük gəmisi dənizdə fırtına səbəbindən lövbər saldığı ərazidən xeyli sürüklənərək saya oturub.

 

Liman rəisi Aydın Ünal bildirib ki, gəmidə Litva, Ukrayna, Azərbaycan və Gürcüstandan 10 heyət üzvü olub. Hava şəraiti imkan vermədiyindən onlardan 6 nəfər helikopter vasitəsilə xilas edilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR