"Qara siyahı"ya düşən artistlərin sayı artacaq - Xüsusi komissiya yaradıldı

Ukrayna rusiyalı artistlərin adının yer aldığı “qara siyahı”ya yenidən baxmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu haqda Ukrayna mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib. O qeyd edib ki, 2015-ci ilin avqustunda tərtib edilmiş “qara siyahı”ya yenidən baxılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinin nəzdində xüsusi komissiya yaradılıb. Nazir son zamanlar digər rusiyalı müğənnilərin də nəinki Ukrayna haqda mənfi rəy yaratmağa çalışdığını, bunun ölkə təhlükəsizliyi üçün əsl təhdid olduğunu deyib.

Siyahıya düşən 140 nəfərin adı arasında Oleq Qazmanov, İosif Kabzon, Valeriya, Sergey Penkin, Yuliya Çiçerina və Aleksandr Rozenbaum kimi məşhurlar var.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR