Pəhrizdə olanlar üçün makaron yeməyi - RESEPT

Həm az kalori alıb, həm də ləzzətli və sağlıqlı bir makaron yeməyə nə deyirsiniz?

Metbuat.az “roka”lı makaronun hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 paket makaron
5 qaşıq zeytun yağı
1 dəstə roka (Əkin indausu)
1 paket krem
3 qaşıq holland pendiri
2 diş sarımsaq
Duz, qara bibər

Hazırlanmasına gəldikdə, makaronu suda bişirib, süzün. Tavaya zeytun yağı töküb, içərisinə doğranmış sarımsaqları əlavə edin. Təmizlənmiş rokaları, krem, duz və qara bibər əlavə edərək qaynadın. Qarışımı blenderdən keçirin və dərin bir qabda makaron ilə qarışdırdıqdan sonra servis edə bilərsiniz. Zövqə görə, üzərinə holland pendiri əlavə etmək olar.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR