Qırışlarınızdan bu kremlə xilas olun - TƏBİİ MASKA

Evdə asanlıqla hazırlayacağınız təbii kremlə qırışlardan xilas ola bilərsiniz.

Metbuat.az xəbər verir ki, bu kremdən istifadə etməklə 1 həftə ərzində qırışlar gözlə görüləcək şəkildə azalacaq.

Tərkibi:

2 çay qaşığı vazelin
1 yemək qaşığı badam yağı və ya zeytun yağı
1 yumurta sarısı
1 çay qaşığı bal
1 ədəd avokado

Hazırlanması:

Vazelini yumşalana qədər sobada isidin. Balı əlavə edib yaxşıca qarışdırdıqdan sonra yumurta xaric bütün vəsaitləri əlavə edin. Ən son yumurtanı da əlavə etdikdən sonra homogen bir qarışıq əldə edənə qədər çırpın. Qarışığı bir qaba qoyub qapağını bağlayaraq çalxalayın.

İstifadəsi:

Əvvəlcə, hazırladığınız qarışığı ən az 5 dəqiqə kənarda saxlayın. Üzünüzü yuduqdan sonra kremi sürtün. Dairəvi hərəkətlərlə masaj edin. 30 dəqiqə saxladıqdan sonra üzünüzü su ilə isladılmış pambıq və ya dəsmalla silin.

Həmişə gözəllikdə!

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR