Bu ölkədə yeni doğulanlara Putin adı verilir

Suriyada yeni doğulanlara Putin adı verilir.

Metbuat.az xəbər verir ki, Suriyanın Moskvadakı səfiri Riad Həddad suriyalıların əksəriyyətinin yeni doğulan övladlarına prezident Putinin şərəfinə Putin adı verdiyini deyib:

“Bu yolla onlar prezidentə öz minnətdarlıqlarını çatdırmaq istəyirlər. Hətta onlar rus dilinin ölkədə ikinci dil olması üçün Bəşər Əsədə müraciət etmək istəyirlər. Rus məktəbinin fəaliyyətə başlaması üçün Dəməşq yaxınlığında xüsusi ərazi də ayrılıb” deyə səfir bildirib”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR