"Taliban" Əfqanıstanda növbəti terror aktı törədib.
Metbuat.az xəbər verir ki, hadisə Əfqanıstanın şimalında yerləşən Belh kəndində baş verib. Kamikadzelər bu dəfə məsciddən çıxan və yeməkxanada olan insanları hədəf seçərək həyatlarına son qoyub. Terrorçuların hərbi geyimdə sərhədi keçdiyi bildirilir.
Əməliyyat nəticəsində 10 terrorçu zərərsizləşdirilib. Ümumilikdə isə 140 ölü, çoxsaylı yaralı var.
Aytən Novruzova / Metbuat.az