Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersona zəng edərək peşmançılığını bildirib.
Metbuat.az xəbər verir ki, XİN rəhbəri İdlibdə həyata keçirilən kimyəvi hücumu araşdırmaqda ABŞ-la həmrəy olduğunu bildirib:
“Təəssüf edirəm ki, bu məsələ ilə bağlı iki dövlət arasında müəyyən anlaşmazlıqlar baş verdi. Lakin hazırda vəziyyət dəyişib. Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi məsələsini aydınlaşdırmaq üçün əməkdaşlığa hazırıq”.
Aytən Novruzova Metbuat.az