Bəşər Əsəd ABŞ başda olmaqla qərb dövlətlərini ittiham edib.
Metbuat.az xəbər verir ki, Əsəd onları terrorizmlə mübarizədə ölkə siyasətinə qarışmaqda günahlandırıb.
“Terrorçularla mübarizədə qələbəyə az qaldığı bir müddətdə ABŞ və qərb dövlətləri daim bizə maneçilik törədir. ABŞ-ın Suriya ordusunun kimyəvi silah saxladığını bəhanə edərək Homs vilayətindəki “Əş-Şəyrat” hərbi bazasına raket zərbələri endirməsi də buna sübutdur. Qərb məni məhv etmək məqsədilə daim vəhabi və “Müsəlman qardaşları” adlı qruplaşmaların köməyindən istifadə edir. ABŞ-ın İordaniya hərbi qüvvələrindən mənə qarşı istifadə planından da xəbərdaram” - deyə Bəşər Əsəd bildirib.
Aytən Novruzova Metbuat.az