"Yuventus"un sabiq direktoru Luçano Moci fəaliyyət istiqamətini Balkan yarımadasına çevirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 79 yaşlı menecer Albaniyanın "Partizani" klubunda transfer məsələləri üzrə məsləhətçi kimi çalışacaq. Moci 2006-cı ildə "Yuventus"un B Seriyasında göndərilməsi ilə əlaqədar vəzifəsindən azad olunmuşdu.

İtaliyalı funksioner hakimlərə təzyiq göstərməkdə, oyunların nəticələri ilə əlaqədar onlarla və digər klub rəhbərləri ilə razılığa gəlməkdə ittiham olunmuşdu. 2011-ci ildə məhkəmə Mocinin 5 il 4 ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı. 1 il sonra bu müddət azaldılmış, sonra isə tamamilə ləğv olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində