"Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Futbolçularımı təbrik edirəm. Çempionatın son matçı olsa, düzgün oynamağa çalışdılar. "Neftçi"yə növbəti mövsümdə uğurlar arzu edirəm. Bu il alınmadı. Gələn mövsüm yaxşı olar.
- Hazırlıq planı bəllidir?
- İyunun 1-də yığışacağıq. Yəqin ki, 2 həftə Bakıda olacağıq. Daha sonra Avstriyaya getməyi planlaşdırırıq.
- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?
- Zədə almayıb, yorğunluq var idi. Ona görə əvəzlədim.
- Əsas heyətə güvəndiniz. Qarşıda kubokun finalı var, zədələrdən çəkinmirsiz?
- Zədələr məşqdə ola bilər. Ona görə narahat olmadım.
- Dino Ndlovu bir qol da vursa, bombardir ola bilərdi. Bunun üçün çalışdığını hiss etdiniz?
- Bu, normal haldır. O, hər oyunda qol vursa, lap yaxşı olar.
- Kubokun finalında psixoloji üstünlüyün "Qarabağ"ın tərəfində olacağını söyləmək olar?
- Kubok tam fərqli turnirdi. Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm.
- Yəqin ki, təlim-məşq toplanışında yoxlama matçları keçirməyi planlaşdırırsınız...
- Əlbəttə, oyunlar olacaq. Beş matç keçirsək, yaxşı olar. Ən azı 4 görüş olacaq.
- Abbas Hüseynov və Təmkin Xəlilzadə ilə maraqlanmağınız barədə xəbərlər doğrudur?
- Bəli, Abbasla maraqlanmışıq. Onun "Qarabağ"a keçidi mümkündür. Təmkinlə bağlı ehtimal isə azdır.