"Anasının güzgüsünə baxdı, ölmüş atasının köynəyini geyinib öldü..." - ÖLÜM GƏTİRƏN ƏŞYA

"Anasının güzgüsünə baxdı, ölmüş atasının köynəyini geyinib öldü..." - ÖLÜM GƏTİRƏN ƏŞYA
16:33 1 May 2017
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər birimizin evində çox da köhnə olmayan, amma ehtiyyatsızlıq səbəbindən sınan, "ailə yadigarı" deyə qoruyub saxladığımız qablar, güzgülər, suvenerlər, mebellər var. Bəzi şəxslər hesab edirlər ki, bütün bunları nə qədər dəyərli olursa olsunlar, evdə saxlamaq yaxşı deyil. Hər bir evin özünəməxsus atmosferi olur. Bu və bənzər əşyalar evdə ağlınıza gəlməyəcək mənfi enerjilər ötürərək insanların psixologiyasına təsir edir.

Bir sıra ölkələrdə paranormal hadisələrlə bağlı ekspertlərin fikirləri müxtəlifdir. Onlar düşünür ki, bu bilavasitə insanların psixologiyası ilə bağlıdır. Psixologiyası zəif olan insanlar belə mövzuları oxuyaraq şüuraltı onlara inanır və təsir altına düşür. Digər bir qrup ekspertlər isə qədim və ya ölmüş birinə məxsus əşyaların evdə saxlanılmasının əleyhinədir. Onlar düşünürlər ki, dünyasını dəyişən insanlar onların əşyalarından istifadə edilməsini sevmirlər. Xatirə məqsədilə saxlanan əşyalar sizə vaxtından tez ölüm gətirə bilər.

Publika.az sizə tarixdə həmin əşyalar üzündə baş verdiyi güman edilən bir neçə bədbəxt hadisəni nəql edəcək:

1. Məsələ ondadır ki, köhnə əşyalar üzərində hər cür deşiklər, çatlar, qırıqlar özündə əlverişsiz energetikanı toplayır. Evdə sındırılmış, bölünmüş və ya korlanmış əşya saxlasanız, bu mənfi energetika sizin sağlamlığınıza ciddi xələl gətirər.

2. Həyatda itirdiyimiz əziz insanlardan bizə qalan yadigar geyimləri saxlamaqla yaşadığımız evdə onların varlığını qoruyuruq. Bu isə insan psixologiyası üçün ciddi təhlükədir. İnsan beyni hələ o biri dünya ilə təmasa hazır deyil. Rusiyalı ekspertlərin müşahidələrinin nəticələrinə görə, ölmüş atasının köynəyini geyən qız bir neçə gün qeyri-adi davranışlarla diqqət çəkib. Daha sonra sağlığında atasının istifadə etdiyi frazalarla cavablar verən qızı atasının məzarı üstündə ölü vəziyyətdə tapıblar.

3. Sınıq güzgülər mistik anlam daşıyır. Mistikada, caduda tez-tez istifadə olunan bu əşyanı gündəlik həyatda insanlar sadəcə xarici görünüşlərinə baxmaq üçün istifadə edir. Lakin evdə çatlamış və ya dünyasını dəyişmiş insana məxsus güzgülər saxlamaq insanları dəlilik həddinə çatdırır. Amerikada ölmüş anasının gəlinlik güzgüsünü saxlayan qız həmin güzgünü məhz öz toyunda istifadə etmək qərarına gəlib. Güzgüyə baxan qız aynada ölmüş anasının əksini görüb. Ani şok nəticəsində huşunu itirən qız oyananda şizofreniya dioqnozu ilə psixi dispanserə yerləşdirilib. Sonradan məlum olub ki, erkən yaşda vəfat edən qadın məhz şizofreniya xəstəsi olub və intihar edib.

4. Əntiq suvenerlər evə ayrı abı-hava qatır. Aristokrat ailələr evlərini məhz antik üslubda olan mebellərlə dizyn edir. Lakin burada söhbət həqiqətən hərracdan alınan qədim tarixi olan, hansısa tanınmış, məşhur insanlara məxsus əşyalardan gedir. Tarixi mənbələrdə qədim zamanlarda vəfat edən insanların əşyalarla dəfn edildiyi hər kəsə məlumdur. Bunun xüsusi səbəbi olub. İnsanlar özlərinə məxsus əşyaların başqaları tərəfindən istifadə olunmasını qəbul edə bilməyiblər. Lənətlənmiş zinət əşyaları, zəhərli su qabları, tilsimlənmiş açarlar və.s Bu tip əşyalar əksər hallarda bir ailənin yaşanmışlıqığına şahidlik edir. Almaniyalı vətəndaş hərracdan aldığı qədimi tablonu evinin ən gözəl guşəsinə asır. Tablo evə gəldikdən 3 ay sonra ailədə ard-arda qəribə ölüm hadisələri baş verir. Əvvəlcə yeni doğulmuş körpənin ölümü, anasının intiharı və evin 8 yaşlı oğlunun avtomobil qəzasında həyatını itirməsi.

5. Həyatını itirmiş insana məxsus yatağı istifadə etmək olmaz. Fərqi yoxdur, bu insan uzun illər öncə vəfat edib, yoxsa təzəlikcə. Psixoloqların fikrincə, insan geyindiyi, yatdığı yerdə öz energetikasını qoyur. Bunu zamanla belə dağıtmaq olmur. Rusiyanın paranormal hadisələr haqqında yayımladığı "Ekstrasens" layihəsində bir qadın ölmüş qızının yatağında yatdığını deyib. Maraqlısı budur ki, qadın yataqda hər gecə biri tərəfindən boğulduğunu, oyandığında isə əllərində kəndir olduğunu söyləyib. Psixoloq və psixiyatrlar bu hadisələri paranormal hal olaraq dəyərləndirmir. İnsanlar nə qədər əzizlərini istəsələr də, öldükdən sonra onların geri dönüşü, varlığının hiss olunması vahimə doğurur. Elm hər şeyi izah etsə də, qadının əlində peyda olan kəndirin izahını verə bilməyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/197136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR