Zamiq bu işinə görə jurnalistlərlə görüşdü - VİDEO - FOTO

Zamiq bu işinə görə jurnalistlərlə görüşdü - VİDEO - FOTO
16:54 1 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynov media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, sənətçi “Unudaram” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Mahnının musiqisi Emin Kərimiyə, sözləri MC Murada aiddir. Ekran işi rejissor Famil Əsədov və Cavid Əbdülrəhmanova həvalə olunub. Kliplə bağlı fikirlərini bölüşən Z.Hüseynov bildirib ki, ekran işi animasiya şəklindədir:

 

“Klipə təqdimat etməyi sevmirəm. Müğənninin işi mahnı oxuyub klip çəkdirməkdir. Sadəcə, uşaqların əziyyəti var. Ona görə hamını bir araya yığdım. Mənə sosial şəbəkədə yazdılar ki, sizə animasiya şəklində klip çəkək. Mən də 3 şəklimi göndərdim, bir aya hazır oldu, bəyəndim”. Klipin rejissorları Zamiqi Enrike İqlesiasa bənzədib: "İspaniyanın Enrikesi varsa, Azərbaycanın da Zamiqi var".

Fotolar Ramin Aslannova məxsudur

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR