Bakıda avtomobil 40-45 yaşlı kişini vurdu

Bakıda avtomobil 40-45 yaşlı kişini vurdu
07:57 2 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Atatürk prospektində qeydə alınıb.
Belə ki, təxminən 40-45 yaşlı naməlum kişi minik avtomobili tərəfindən vurulub. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.
Piyadanı vurmuş avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Hazırda meyitin şəxsiyyəti araşdırılır. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR