Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli oldu

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.

Metbuat.az xəbər verir ki, bürünc medal uğrunda qarşılaşmada "Odlar Yurdu” və “Real Bakı" komandaları üz-üzə gəlib.

Bakı Tennis Akademiyasında keçirilən görüş ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, saat 21:00-da isə “Aznur” və “Birbaşa Bakı” kollektivləri final oyununda münasibətlərə aydınlıq gətirəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı