Ulduzlar qırmzı xalçada bir-biri ilə dəb və gözəllik yarışına girdi - FOTOLAR

Ulduzlar qırmzı xalçada bir-biri ilə dəb və gözəllik yarışına girdi - FOTOLAR
09:53 2 May 2017
Ölkə mətbuatı
A- A+

Dünən Nyu-Yorkda, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda ənənəvi illik "Met Gala" gecəsi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun (Metropolitan Museum of Art's Costume Institute) hər il keçirdiyi dəb şousunda moda, musiqi, kino sahəsində dünyanın ən tanınmış simaları iştirak edib. Ənənəvi dəb və stil bayramı bu il yaponiyalı dizayner və “Comme des Garcons”un qurucusu Rey Kavakubonun avanqard yaradıcılığına həsr olunub. Anna Vintur Bal İnstitutunun həmsədrləri Keti Perri, Farrel Uilyams, Jizel Bundhen və onun əri Tom Bred ilə birlikdə Rey Kavakubonu gecənin fəxri sədri təyin edib.

Təşkilatçılar fashion-sənayesinə töhfə verən dizaynerin yaradıcılığını xüsusi qeyd etmək qərarına gəlib. Belə ki, mayın 4-dən sentyabrın 4-ə kimi Nyu-Yorkda modelyerin işlərinin sərgisi keçiriləcək. Qeyd edək ki, Rey Kavakubo son 40 il ərzində dünyanın ən mühüm və nüfuzlu dizaynerlərindən biri sayılır. O dövrün estetikasını müəyyənləşdirib.

Bal 2017-nin qonaqlarına və iştirakçılarına qırmızı xalça üçün geyim seçimində Kavakubonun cəsarətli memarlıq dizaynına üstünlük vermək təklif olunub. Əlbəttə ki, hər kəs öz yaradıcı yanaşma tərzini vurğulamadan keçməyib. Məşhur ulduzlar bu dəfə də qırmızı xalıda bir-biri ilə sanki gözəllik və dəb yarışına girərək təmtəraqlı, bahalı ziyafət libasları ilə öyünüblər.

Ənənəvi şou dünya modasının ən önəmli tədbirlərindən biri sayılır. Buraya hər il moda, şou-biznes, kinematoqraf, musiqi və biznes aləminin ən tanınan simaları qatılırlar. Tədbirin əsas təşkilatçılığını 1995-ci ildən bəri "Vogue" jurnalının baş redaktoru Anna Vintur öz üzərinə götürüb. Yeri gəlmişkən qeyd edək ki, Amerika prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampa 2004-cü ildə keçirilən Met Qala gecəsində evlilik təklif edib.

Beləliklə, ulduz qonaqlar tədbir üçün seçdiyi ziyafət libaslarının fotolarını təqdim edirik.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/197220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR