Qadınlar bunu qüsur sayır

Kişilərin qüsurlarınıza ilişib qaldığını düşünürsünüzsə, yanılırsınız. Kişilər bu qüsurlarınızdan huşunu itirir.

Metbuat.az kişilərin qadınlarda sevdiyi qüsurları təqdim edir:

Arıq bədən

"Kişilər arıq qadınları xoşlayır" fikrini ağlınızdan çıxarın. Kişilər balıq kimi qadınlar üçün huşunu itirir.

Çilli qızlar

Çillərinizi örtmək üçün ən bahalı məhsulları alır, bütün makiyaj hiylələrini üzünüzə tətbiq edirsinizsə, böyük bir səhv edirsiniz. Çünki kişilər çilləri olan qadınları son dərəcə cazibədar hesab edir.

Balaca sinə

Kiçik sinəli olmaq, bir çox qadını bədbəxtliyə sürükləyən vəziyyətlərdən biridir. Ancaq bunun heç bir əhəmiyyəti olmadığını görəcəksiniz. Yetər ki, əsl sevgi olsun!

Kəmərli burun

Balaca ya da qab kimi duran burunlar sizə nə qədər qüsursuz görünsə də, kişilər tərəfindən heç də cazibədar sayılmır. Süni görünüşlü əməliyyatlı burunlar yerinə, üzünüzə yaraşan təbii burnunuz kişilərin daha çox xoşuna gəlir.

Qısa boy

Boyunuzun model kimi uzun olmağının xəyalını qururdunuzsa, əl çəkin bu xəyaldan. Kişilər qısa boylu qadınları daha cazibədar hesab edir.

Heyva göbək

Dümdüz bir qarın bütün qadınların xəyalı olsa da, kişilər heyva göbəkli qadınları inanılmaz dərəcədə cazibədar sayır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR