Siyavuş Novruzov: “Beş il ərzində İntizam Komissiyasına deputatların fəaliyyəti ilə bağlı 3 min müraciət daxil olmuşdu”

Siyavuş Novruzov: “Beş il ərzində İntizam Komissiyasına deputatların fəaliyyəti ilə bağlı 3 min müraciət daxil olmuşdu”
15:07 2 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ “Beş il Milli Milli Məclisin İntizam Komisiyasının sədri olmuşam. Bu müddət ərzində İntizam Komissiyasına deputatın parlamentdənkənar fəaliyyəti ilə bağlı 3 min müraciət daxil olub. Deputat özünü normal aparacaqsa, onunla bağlı hansı qərar qəbul edilə bilər ki? Cinayət Məcəlləsi də belədir, əgər cinayət törədirsənsə, məcəllə işə düşür”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, deputatın səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı iddialar əsassızdır: “Bu layihə şəffaflığın artırılması üçündür. Burada xarici ölkələrin praktikası öyrənilib. Deputatın hədiyyə alması ilə bağlı limit 55 manatdır. Bu məsələyə baxıla bilər, ola bilər ki, dəyişiklik edilsin”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/yap-icra-katibi-bes-il-erzinde-i-ntizam-komissiyasina-deputatlarin-fealiyyeti-ile-bagli-3-min-murac

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR