Aleksandr Lukaşenko: "Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub"

Aleksandr Lukaşenko: "Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub"
16:37 2 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub".
"Report" Belarus prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko xarici ölkələrin səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
"Birgə səylərlə istehsal kooperasiyası sahəsində bir sıra böyük layihələr həyata keçirilib. Mövcud potensialdan maksimum istifadə etmək və bu istiqamətdə irəliləmək lazımdır" - A.Lukaşenko bildirib.
Qeyd edək ki, Belarus hökumətinin başçısı bu gün Azərbaycan, İran, Belçika, Hollandiya, Norveç, Yeni Zelandiya, Malta, Ermənistan, Yunanıstan, Ruanda, İsrail və Ukraynanın səfirlərinin etimadnaməsini qəbul edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aleksandr-lukasenko-belarus-hemise-azerbaycanla-elaqeleri-dostluq-ve-qarsiliqli-anlayis-ruhunda-qu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR