Sumqayıtda sərxoş halda ov tüfəngindən atəş açan şəxs tutulub
Paylaş
·146 baxış·1 dəq oxu
Bakı. 3 may. REPORT.AZ/ Mayın 2-də Sumqayıt şəhəri Corat bağları sahəsində şəhər sakini Məzahir Əliyev sərxoş halda ov tüfəngindən havaya 2 dəfə atəş açıb. "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. M.Əliyev Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və ondan müvafiq sənədləri olan tüfəng götürülüb.