Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub

Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub
15:02 3 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub.
“Report”un məlumatına görə, tədbirdə federasiya rəsmiləri, rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər və cüdoçular iştirak ediblər.
Mərasimdə yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Həmçinin göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.





























Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudo-federasiyasinin-qusar-telim-mesq-merkezinin-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR