ABŞ-da maşın kütləyə çırpıldı - 2 ölü, 10 yaralı

ABŞ-da maşın kütləyə çırpıldı - 2 ölü, 10 yaralı
04:29 4 May 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ballarika şəhərində (Massaçusets ştatı) avtomobilin kütləyə çırpılması nəticəsində 2 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident avtomobil hərracında baş verib.

 

Minik avtomobili hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq əvvəl kütləyə, sonra isə divara çırpılıb.

 

Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir. Sürücünün vəziyyəti barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR