Bu barədə "Report"a səfirliyin mətbuat xidmətindən bildirilib.
Mülki müdafiə sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində, əhalinin və ərazilərin təbii və texnogen fəlakətlərdən qorunmasında, yanğın təhlükəsizliyinin və su obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsindəki xidmətlərinə görə, Z.Hacılı, S.Əhmədov, X.Talıbova, S.Hüseynov medalla, F.Abbasov isə döş nişanı ilə təltif olunub.
Səfir mükafatlandırılanları ürəkdən təbrik edərək onlara Azərbaycan və Rusiyanın xeyrinə uğurlar diləyib.


