Bədii gimnast Marina Durunda ilk qələb qazandığı Rio Olimpiyadasından sonra gələn həftə Bakı şəhərindən keçiriləcək İslam Həmrəyliyi Oyunlarında beş qızıl medal uğrunda mübariz aparmaq niyyətindədir.
Milli.Az oyunların saytına istinadən xəbər verir ki, keçən yay Braziliyada keçirilən Olimpiya oyunlarının finalçısı mart ayında əlindən zədə alıb və Fransada uğurlu cərrahiyə əməliyyatından sonra öz sağlamlığını bərpa edərək yarışlara qatılmaq əzmindədir.
Ukraynalı gimnast sol biləyində zədə olsa da, özünü bu oyunlara tam hazır hiss edir: "Mən həmişə oyunlar zamanı həyəcanlı olsam da, özümü ələ almağı da bacarıram. Bakıda keçirilən bütün yarışların mühüm əhəmiyyət kəsb etdiyini çox yaxşı bilirəm. Keçən oyunlarda travma almışam. Lakin mən əvvəllər çox güclü idim və əvvəlki formama qayıtmağa çalışıram və ümid edirəm ki, hər şey çox gözəl olacaq. Mən fizki cəhətdən tam hazıram və inanıram ki, yaram ağrımayacaq. Normal insanın əlinin üzərində bütün enerjini verməsi o qədər də asan deyil. Lakin mənim başqa seçimim yoxdur və çox vaxt itirmək istəmirəm"
19 yaşlı Durunda Bakıda keçən həftə keçirilən Dünya Kubokunda iştirak edə bilməyib və onun İslam Oyunları üzrə komanda yoldaşı 16 yaşlı Zəhla Piriyeva və 15 yaşlı Zöhrə Ağamirova bu kubokda iştirak edib.
Üç idmançının dörd aparatla (halqa, top, başcıq və lent) 13 may tarixində qızıl medal qazanması gözlənilir və dörd aparat yekun xal üçün birləşdirilməlidir.
Bu yarış həmçinin dörd finaldan ibarətdir və bu finallarda Durundanın çıxış etməsi gözlənilir.
Durundanı İslam ölkələri arasında ən yaxşı gimnast hesab edən baş məşqçi Mariana Vasileva bildirib: "Bu yarışdır və biz beş qızıl medal almaq istəyirik. Mən ümid edirəm ki, komandamız bu qızıl medalları alacaq. Marina çox təcrübəli gənc gimnastdır. Düşünürəm ki, o, 80% sağalıb. Bizim ona ehtiyacımız var. Çünki bu tədbir həm bizim, həm də Marina üçün çox əhəmiyyətlidir. O, bizim liderimizdir və onun bizim komandamızda olmağı çox faydalı olacaq."
Bədii gimnastika 12 may tarixində halqa və topla başlayacaq və 14 may tarixində dörd fərdi final keçiriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində