Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın bu vəzifədə ilk xarici səfəri mayın sonunda İsrail, Səudiyyə Ərəbistanı və Vatikana olacaq.

Trend-in məlumatına görə, bunu Ağ Evdəki mənbə açıqlayıb.

D.Trampın ilk xarici səfərləri mayın 25-i Brüsseldə NATO sammiti və Taorminada (İtaliya) G7 sammiti ilə başa çatacaq.