ABŞ prezidenti Donald Tramp bu vəzifədə ilk xarici səfərlərinə hazırlaşır. Mayın sonunda ilk istiqamət İsrail, Səudiyyə Ərəbistanı və Vatikan olacaq.
Publika.az xəbər verir ki, bunu Ağ Evdəki mənbə açıqlayıb.
D.Trampın ilk xarici səfərləri mayın 25-i Brüsseldə NATO sammiti və Taorminada (İtaliya) G7 sammiti ilə başa çatacaq.