Plov yeməyi sevirsiniz, ancaq bişirərkən düyü toparlanır?
Metbuat.az düyüsü dən-dən qalacaq plov bişirməyin üsullarını təqdim edir:
- Bişirmədən öncə düyünü 20 dəqiqə ilıq və duzlu suda saxlayın.
- Plovun lopa-lopa olmaması üçün düyün yaxşıca yuyun.
- Bişirərkən mümkün qədər qarışdırmamağa diqqət göstərin.
- Plova ləzzət qatmaq üçün ət, toyuq suyu əlavə edin.
- Düyünün ağappaq olması üçün düyünü yuduqdan sonra üzərinə bir neçə damcı limon sıxın.
- Plovu dərin olmayan və geniş qabda bişirin.
- Plovun dəmlənməsi çox önəmlidir.
- Plovun duzunu düyünü qovurarkən atsanız, daha ləzzətli olacaq.
- Plovu bişirərkən qapağını açmamağa diqqət göstərin.
Aysel Yaqubqızı / Metbuat.az