Puerto-Rikoda iqtisadi böhran səbəbindən 184 dövlət məktəbi bağlanacaq.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.
Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək.
Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.
Qeyd edək ki, ölkənin dövlət borcu 70 milyard dollar dəyərində qiymətləndirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində