Portuqaliya Superliqasında 32-ci turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emin Mahmudovun komandası “Boavişta” “doğma divarlar” arasında autsayder “Nasyonal”la qarşılaşıb.


Meydana start heyətində çıxan Emin fasilədə əvəzlənib. Oyun isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Hazırda “Boavişta” turnir cədvəlində 39 xalla 8-cidi.


Fanat.Az