Türkiyə baş naziri Binəli Yıldırım 10-12 mayda Londona səfər edəcək.
Metbuata.az xəbər verir ki, baş nazir Somali sahillərində dəniz quldurlarının mülki və yük gəmilərinə hücumları ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqının (Aİ) Somaliyə yardım məqsədi ilə Londonda təşkil etdiyi donor ölkələrin konfransında iştirak edəcək.
Konfransın məqsədi 2017-2020-ci illər üçün Afrika İttifaqının sülhyaratma qüvvələri və Somalinin polis sistemi üçün lazımi vəsaitin əldə olunması, regionda sabitliyin bərqərar edilməsi imkanları ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Səfər zamanı Türkiyə baş naziri ikitərəfli görüşlərdə də iştirak edəcək.
Aytən Novruzova / Metbuat.az