Türkiyə ordusu Rakka əməliyyatına qatılmaq üçün minlərlə suriyalı ərəblə birləşib.

Publika.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.

Nəşrə danışan hərbi mənbələr bildiriblər ki, Türkiyə Rakka əməliyyatında yer almaq üçün “Faylak əl Şam” təşkilatına dəstək verir.

Təşkilatın liderlərindən olan Məhəmməd əl Masri deyib ki, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (bu birlik PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-dən təşkil olunub) onlar olmadan Rakkanı ala bilməzlər: “SDQ bunu bacarsaydı, indiyə qədər edərdi. Biz olmadan bacarmayacaqlar”.

Asif