Rusiyada qəbiristanlıqların elektron kart sistemi tətbiq olunacaq.
Metbuat.az xəbər verir ki, sistemə əsasən, mərhumun ad və doğum tarixini bildirməklə onun dəfn olunduğu yeri tapmaq mümkün olacaq.
Qəbiristanlıqların elektron kart sistemi hələ ki, Sankt-Peterburq və Leninqrad vilayətində tətbiq olunub.
Sistemin fəaliyyətə başlaması üçün xüsusi sayt və xəritə hazırlanıb.
Sistemin tətbiqində məqsəd mərhumların dəfn olunduğu yerlərin axtarışı ilə bağlı problemləri aradan qaldırmaqdır.
Aytən Novruzova / Metbuat.az