Azərbaycan cüdoçusu, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda tatami üzərinə çıxıb.
Metbuat.az-ın məlumatına görə, onun rəqibi Özbəkistan təmsilçisi Diyora Keldiyorova olub. Çətin keçən mübarizədə Azərbaycan idmançısı rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, N.Əzizova bundan əvvəl Qabon təmsilçisi Ester Korin Evala Bondima qalib gəlmişdi.
Sərdar Məmmədov / Metbuat.az