Azərbaycan yığma komandası İslam Həmrəyliyi Oyunlarındakı nəticələrindən çox razıdır.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan yığmasının lider Marina Durunda deyib.

Durunda deyib: "Biz xoşbəxtik ki, ölkəmizin ümidlərini doğrultduq, fəxri kürsüdə himn oxumaq isə böyük bir şərəfdir".

Onun sözlərinə görə, azarkeşlərin dəstəyi komandanı çox həvəsləndirirdi: "Azərbaycanda bizi həmişə çox isti qarşılayırlar və çıxış etmək çox xoşdur".

Azərbaycanlı gimnast, həmçinin qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası komandaya çox böyük dəstək göstərir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az