İsa peyğəmbər kimi suyun üzərində gəzməyə cəhd edən rahibi timsahlar parçalayıb.

Metbuat.az xəbər verir zimbabveli rahib suyun üzərində gəzə bilmək üçün 1 həftə dua edib, oruc tutub. Arzusu ürəyində qalan rahibi 3 timsah parçalayaraq yeyib.

Zimbabve polisi son vaxtlar yağan aramsız yağışlar nəticəsində çaylarda timsahların artması səbəbiylə insanlara xəbərdarlıq edib.

Aytən Novruzova / Metbuat.az