Çinin Hunan vilayətində əczaçılıq zavodunda partlayış olub.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.

Partlayışın səbəbi hələ ki, bilinmir.

Aytən Novruzova / Metbuat.az